Ana Sayfa > Karusel / Qarabağ > Azad edilmiş ərazilərində 11 hidroloji stansiya yaradılıb
Azad edilmiş ərazilərində 11 hidroloji stansiya yaradılıb21-02-2024, 12:55. Yazar: Admin |
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hidrometeoroloji şəbəkənin bərpası üzrə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay (Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Barguşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Kiircələnçay, Quruçay) üzərində 11 avtomat hidroloji stansiya yaradılıb və həmin stansiyalardan mütəmadi qaydada məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur.
Qarabaqinfo.az xəbər verir ki, bunu Xidmətin rəis müavini Əkbər Əsgərov Bakıda keçirilən "Qarabağ regionunda su və irriqasiya infrastrukturunun yenidən qurulması" adlı konfransda bildirib.
O, qeyd edib ki, "İşğaldan azad edilmiş ərazilərdə meteoroloji müşahidələrin öyrənilməsi" layihəsi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilanda lazımi sensorlarla təchiz ecilmiş 5 avtomat meteoroloji stansiya quraşdırılıb. Həmin stansiyalardan mütəmadi qaydada məlumatlar Situasiya mərkəzinə ötürülərək təhlil olunur.
Xidmət rəsmisinin sözlərinə görə, proqramın icrası çərçivəsində 1 dəst dopler hava radarının və 1 dəst aeroloji stansiyanın quraşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə tədqiqat işləri aparılıb. Həmin stansiyaların 2024-cü ildə quraşdırılması nəzərdə tutulur.
Nazirlik rəsmisi əlavə edib ki, bu stansiyaların fəaliyyət göstərməsi regionun iqlim şəraitinin qiymətəndirilməsinə, əldə olunan məlumatların kəmiyyət və keyfiyyətinin, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiq olmasına və həmin ərazilərdə fəaliyyəti nəzərdə tutulan sahələrdə drometeoroloji xidmət səviyyəsinin artırılmasına imkan verir. Geri dön |