Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisindən mülki əhalinin atəşə tutulması barədə açıqlama
Prezidentin köməkçisindən mülki əhalinin atəşə tutulması barədə açıqlama28-09-2020, 12:27. Yazar: Admin |
"Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində sentyabrın 27-də Naftalan rayonunda bir ailənin beş üzvü həlak olub". Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O həlak olanlarla bağlı başsağlığı verib. H.Hacıyev əlavə edib ki, düşmən həmçinin Tərtər rayonunda da polis şöbəsini və mülki obyektləri hədəf alıb: "Bu, Ermənistanın acizliyini və təcavüzkar xislətini bir daha ortaya qoyur". Geri dön |