Ana Sayfa > Karusel / Gündəm > Prezidentin köməkçisi: "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir"

Prezidentin köməkçisi: "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir"


28-09-2020, 12:25. Yazar: Admin

 

Hikmət Hacıyev: Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır

“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: "Ermənistan tərəfindən cılız və tamamailə realıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan Ermənistana heç vaxt xalqı inana bilməz".


Geri dön