Azərbaycanda qızların erkən yaşda ərə verilməsi halları oğlanların erkən evləndirilməsi hallarından dəfələrlə çoxdur. Bunu rəsmi statistika da təsdiqləyir.
Qarabaqinfo.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ildə 15-17 yaşlarında olan 165 qız rəsmi nikaha girib. Həmin il o yaşda oğlanlardan evlənən olmayıb.
2021-ci ildə erkən yaşda nikaha girən 15-17 yaşlı qızların sayı 137 nəfər olub. 15-17 yaşlı oğlanlara gəldikdə, cəmi 1 nəfər rəsmi nikaha daxil olub.
2022-ci ildə erkən yaşda ərə verilən qızların sayı iki dəfə artıb. Belə ki, 270 qız 15-17 yaşda nikah bağlayıb. Bu yaşda nikaha girən oğlan isə olmayıb.
2023-cü ilin rəsmi statistikası hələ açıqlanmayıb.