Ana Sayfa > Karusel / Təhsil > Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb


20-02-2024, 15:43. Yazar: Admin

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, əvvəlki qaydalara görə xaricdə təhsil alan tələbə diplom tanınması üçün müraciət etdikdə tədris dili ilə bağlı imtahan verirdi:

“Lakin hazırda diplom tanınması ilə bağlı dil tələbi aradan qaldırılıb. Bu səbəbdən diplomunun tanınması ilə bağlı müraciətinə mənfi rəy verilən şəxslər yenidən müraciət edə bilərlər”.


Geri dön