Ana Sayfa > Karusel / Dünya > Moskvanın erməni icması Putini dəstəklədi

Moskvanın erməni icması Putini dəstəklədi


20-02-2024, 12:25. Yazar: Admin

 

Moskvanın erməni icması Putini dəstəklədi

Moskvanın erməni icması qarşıdan gələn prezident seçkilərində Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyini dəstəkləyəcək.

Qarabaqinfo.az  xəbər verir ki, bu barədə “Dialoq” təşkilatının sədri Yuri Navoyan bildirib.

“Biz Moskva ictimaiyyətinin erməni icmasının nümayəndələri olaraq, prezidentliyə namizəd Vladimir Putini dəstəklədiyimizi bəyan edirik”, - Yuri Navoyan deyib.

Navoyanın sözlərinə görə, beynəlxalq münasibətlərin dəyişməsi şəraitində Putin “milli maraqlardan, Rusiyanın və bütün dünyanın strateji gələcəyindən irəli gələn meyarlara ən yaxşı cavab verən” namizəddir.

Rusiyada prezident seçkiləri 15-17 martda keçiriləcək.


Geri dön