Ana Sayfa > Karusel / Hadisə > Maşın ağaca çırpıldı - İcra nümayəndəsi öldü

Maşın ağaca çırpıldı - İcra nümayəndəsi öldü


20-02-2024, 12:08. Yazar: Admin

 

Maşın ağaca çırpıldı - İcra nümayəndəsi öldü

Gecə saatlarında Ağdamın Quzanlı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Qarabaqinfo.az xəbər verir ki, qəza nəticəsində 1985-ci il təvəllüdlü Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi nümayəndəsi işləyən Cabbarov Fərrux Nazim oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil ağaca çırpılıb.

 

Xındırıstan kəndi baş verən qəza nəticəsində sürücü hadisə yerində ölüb. Məlumata görə, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.

 

Faktla bağlı cinayət işi başladılıb, istintaq aparılır.


Geri dön