Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda pensiya artımından sonra ərzaq bahalaşacaq?
Azərbaycanda pensiya artımından sonra ərzaq bahalaşacaq?20-02-2024, 11:19. Yazar: Admin |
![]() Bir neçə həftə əvvəl Azərbaycanda əmək pensiyasının indeksləşdirilməsi barədə qərar verilib. Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11.2% artırılıb. Artım yanvarın 1-dən verilən pensiyalara şamil edilib. 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub.
Pensiyaların artırılmasından sonra bəzi ekspertlər ərzaq qiymətlərində artımların olacağını iddia edib. Ümumilikdə, Azərbaycanda son aylarda ərzaqların bahalaşması müşahidə edilir. Rəsmi məlumata görə, ötən ay ayrı-ayrı qida məhsullarından düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətində artım olub.
Dövlət Statistika Komitəsi bildirir ki, azalma əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub.
Novruz bayramı öncəsi də bahalaşamaların davam edəcəyi bildirilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a açıqlamasında ərzaq qiymətlərinin artmasının dünyada gedən proseslərlə bağlı olduğunu bildirib:
“Əhalinin sosial rifah halının yaxşılaşması bu gün dövlətin qarşısında duran başlıca məsələlərdəndir. Müharibənin törətdiyi bəlalara, 1 milyondan çox qaçqın-köçkünə baxmayaraq, Azərbaycanda sosial rifah gündən-günə yaxşılaşdırılıb. Dövlət tərəfindən bir çox müavinətlərin artırılması təmin edilib. Son 5 ildə 4 milyon əhaliyə dörd sosial islahat paketi həyata keçirilib. Bu məqsədlə 7 milyarda yaxın vəsait ayrılıb ki, bu da müsbət haldır. Minimum pensiya məbləği 2.5, orta pensiya məbləği 2.1 dəfə, sosial müavinət və təqaüd məbləği 5 dəfəyə artıb.
Müharibə Azərbyacan iqtisadiyyatının inkişafına özünün mənfi təsirlərini göstərib. Milli məhlükəsizliyə, müdafiə xərclərinə milyardlarla vəsait ayrılır. Eyni zamanda qaçqınların təminatı üçün xərclərən milyardlarla vəsait olmasa idi, bu gün aylıq pensiyalar nəinki, 430-480 manat, 800 manat olardı.
Çünki qeyd etdiyim sahələrə dövlət 10 milyardlardlarla vəsait sərf edir. Bu vəsaitlər əgər sosial məsələlərə ayrılsaydı, bizim sosial rifah halımız yaxşı olardı. Sözsüz ki, qiymətlərin artırması dünyada gedən proseslərlə bağlıdır.
Tahir Rzayev hesab edir ki, Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrdə müharibə gedirsə, bu Azərbaycan iqtisadiyatına da mənfi təsir göstərir:
Geri dön |