Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN: Bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təmkin nümayiş etdirməyə çağırırıq
Rusiya XİN: Bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təmkin nümayiş etdirməyə çağırırıq28-09-2020, 12:03. Yazar: Admin |
Moskva bütün xarici və daxili oyunçuları Dağlıq Qarabağdakı vəziyyətlə bağlı maksimum təmkin nümayiş etdirməyə çağırır. Bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib. Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb. Bundan başqa, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan və Azərbaycan, o cümlədən Türkiyə Xarici İşlər nazirləri ilə ayrılıqda telefon danışıqları aparıb.APA Geri dön |