Ana Sayfa > Karusel / Dünya > “Navalnının nəşinin verilməsi ilə biz məşğul olmuruq”
“Navalnının nəşinin verilməsi ilə biz məşğul olmuruq”19-02-2024, 15:29. Yazar: Admin |
“Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölüm səbəbləri ilə bağlı araşdırma davam etdirilir”. Qarabaginfo.az“Kommersant”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, bütün lazımi prosedurların nə vaxt başa çatacağı və Navalnının cəsədinin yaxınlarına nə zaman veriləcəyi ilə bağlı məsələlər Kremlin səlahiyyətinə aid deyil: “Bu məsələ bizə aid deyil və biz bu işlə məşğul olmuruq. Bu, Prezident Administrasiyasının funksiyası deyil”. Peskov, həmçinin Qərb siyasətçilərinin A.Navalnının ölümünə reaksiyalarını da şərh edib və onları yolverilməz adlandırıb. Xatırladaq ki, fevralın 16-sı dünyasını dəyişən A.Navalnının cəsədi hələ ailəsinə təhvil verilməyib. Hazırda Rusiyada 47 yaşlı siyasətçinin cəsədinin harada olması əsas müzakirə mövzularından biridir. Geri dön |