Ana Sayfa > Karusel / Dünya > Navalnının xanımı Avropa nazirləri qarşısında çıxış edəcək - Borel nələr dedi?

Navalnının xanımı Avropa nazirləri qarşısında çıxış edəcək - Borel nələr dedi?


19-02-2024, 14:44. Yazar: Admin

Navalnının xanımı Avropa nazirləri qarşısında çıxış edəcək - Borel nələr dedi?

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya Avropa İttifaqı ölkələrinin nazirləri qarşısında çıxış edəcək.

 

Qarabaqinfo.az BBC-yə istinadən xəbər verir ki, xanım Navalnaya bu gün Aİ Xarici Əlaqələr Şurasının iclasında çıxış edəcək.

 

Aİ-nin ali nümayəndəsi Jozep Borelin sözlərinə görə, Aİ nazirləri bununla da “Rusiyadakı azadlıq döyüşçülərinə güclü dəstək siqnalı göndərəcək və Aleksey Navalnının xatirəsini ehtiramla anacaqlar”.

 

BBC-yə verdiyi şərhdə Borel bildirib ki, Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putin şəxsən məsuliyyət daşıyır. Eyni zamanda o, Qərbin Rusiya liderini məsuliyyətə cəlb etmək üçün yeni yollar tapmasının çətin olacağını etiraf edib və Rusiyada müxalifətə dəstək verməyə çağırıb.


Geri dön