Ana Sayfa > Karusel / Sosial / Gündəm > Qanunsuz ayrılmış 8.405 hektar örüş sahəsi bələdiyyələrə qaytarılıb
Qanunsuz ayrılmış 8.405 hektar örüş sahəsi bələdiyyələrə qaytarılıb19-02-2024, 12:19. Yazar: Admin |
Ötən il qanunsuz ayrılmış 8.405 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Həmçinin qeyd edilir ki, bələdiyyələrin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində ümumi isti- fadə üçün örüş torpaqları ötən müddət ərzində əhalinin, eləcə də onların mal- qarasının sayının artması ilə əlaqədar hazırda tələbatı ödəmir. Digər tərəfdən bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdə ümumi istifadə üçün örüş sahələrinin ölçüləri, sərhədləri və koordinatlarının dəqiq müəyyənləşdirilməməsi bələdiyyələrin ehtiyat fondunun örüş torpaqlarının icarəyə verilməsi zamanı ümumi istifadə üçün ayrılmış örüş sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaqda çətinliklər yaradır.
Geri dön |