Ana Sayfa > Karusel / Təhsil > Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır


19-02-2024, 10:39. Yazar: Admin

Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır

20 fevral saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

Bu barədə Qarabaginfop.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 20 fevral 2024-cü il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.


Geri dön