Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyev: "Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir"

Hikmət Hacıyev: "Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir"


28-09-2020, 11:27. Yazar: Admin

 

Hikmət Hacıyev: Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir
Hikmət Hacıyev

“Biz təmas xəttində yaranan vəziyyətə görə beynəlxalq ictimaiyyəti başa düşürük".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz süverən ərazilərimizdə fəaliyyət göstərərək Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir: "Ermənistanın bu günə qədər yürütdüyü siyasət danışıqlar prosesinin məhvinə gətirib çıxarıb. Bu, Azərbaycana qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir".


Geri dön