Ana Sayfa > Karusel / Region > Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı
Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı17-02-2024, 11:44. Yazar: Admin |
“Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında yazıb. Onun sözlərinə görə, rusiyalı siyasətçinin ölüm səbəbini məhkəmə-tibb sahəsinin ekspertləri və istintaq müəyyən edəcək. “Nəticələri gözləmədən, siyasətçilərin və qeyri-dost ölkələrin rəhbərlərinin ittiham və açıqlamaları səsləndiyi bir zamanda, əvvəlcə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir? Onların soyadları yaxşı məlumdur. NATO-nun Baş katibindən və ABŞ rəhbərliyindən tutmuş, Şolts, Sunak və Zelenskiyə qədər, onlar Navalnının ölümünün günahkarlarıdır. Onun ölümü məhz onlara sərfəlidir”, - deyə Volodin qeyd edib. Xatırladaq ki, 47 yaşlı rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Hazırda onun ölüm səbəbi araşdırılır.
Geri dön |