Ana Sayfa > Karusel / Dünya > O vaxt mənim istefamı tələb edənlərə 1 sualım var... - Sarkisyan

O vaxt mənim istefamı tələb edənlərə 1 sualım var... - Sarkisyan


16-02-2024, 16:50. Yazar: Admin

 

O vaxt mənim istefamı tələb edənlərə 1 sualım var... - Sarkisyan

"Mən baş nazir fəaliyyətini yalnız sonradan baş verən fəlakətin qarşısını almaq üçün davam etdirmək istədim".

 

Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2018-ci ildəki vəziyyət haqqında deyib.

 

Sarkisyanın sözlərinə görə, 2018-ci ildə “sakitcə evə gedə bilərdi”, amma bunu etməyib: "Lakin mənim belə bir qərar verərkən şəxsi maraqlarım olmayıb. Eyni zamanda, o zaman mənim istefamı tələb edənlərin hamısından soruşmaq istəyirəm - onlar bununla nəyə nail olublar?".

 

Qeyd edək ki, Serj Sarkisyan 2 dönəm prezident olduqdan sonra referendum keçirərək ölkəni parlamentar respublikaya çevirib və baş nazir postunu tutub. Lakin qısa müddət sonra məxməri inqilabla devrilib və Nikol Paşinyan hakimiyyətə gəlib.


Geri dön