Ana Sayfa > Karusel / Manşet / Siyasət > Azərbaycan Prezidenti hökumətin tərkibini təsdiqləyib
Azərbaycan Prezidenti hökumətin tərkibini təsdiqləyib16-02-2024, 15:10. Yazar: Admin |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər: Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov; Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev; Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov; Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev; Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev; Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov; Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev; Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov; Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov; Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov; Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov; Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov; Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov; Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli; Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov; Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev; Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev; Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev; Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova; Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev; Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov; Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev; Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli; Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Geri dön |