Ana Sayfa > Karusel / Sosial > Prezident əlillər və şəhid ailələrilə bağlı sərəncam İMZALADI
Prezident əlillər və şəhid ailələrilə bağlı sərəncam İMZALADI15-02-2024, 16:36. Yazar: Admin |
Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb. Qarabaqinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Geri dön |