Ana Sayfa > Karusel / Qarabağ > Kəlbəcər-Laçın yolundan ən son GÖRÜNTÜLƏR
Kəlbəcər-Laçın yolundan ən son GÖRÜNTÜLƏR15-02-2024, 12:12. Yazar: Admin |
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolun və yol üzərində tunellərin inşası davam etdirilir.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, AAYDA yolun müəyyən hissələrində qazma-dolğu işləri icra edir, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 10-da tikinti işləri davam etdirilir.
Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərdə hərəkət hissəsi 11.6 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 13 300 metr təşkil edəcək.
Kəlbəcər-Laçın yolunda inşa olunan 7 tuneldə qazma işləri artıq yekunlaşıb, tunel daxili işlər davam etdirilir. Qazma işi yekunlaşan tunellər aşağıdakılardır:
Şərti adı T6, T7 və T10 olan tunellərdə isə qazma işləri davam edir. Sözügedən tunellərin texniki parametrləri aşağıdakı kimidir: - T6 - KM (32+577.20-34+950.83). Sağ hissə uzunluğu 2397.63 m.
- T6 - KM (32+584.00-34+953.47). Sol hissə uzunluğu 2393.47 m.
Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsullarla qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir. Layihələndirilən digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur:
Geri dön |