Ana Sayfa > Karusel / Təhsil > Magistraturaya rus bölməsi üzrə ən yüksək bal yığan TƏLƏBƏ

Magistraturaya rus bölməsi üzrə ən yüksək bal yığan TƏLƏBƏ


15-02-2024, 11:30. Yazar: Admin

Magistraturaya rus bölməsi üzrə ən yüksək bal yığan TƏLƏBƏ

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.

Qarabaqinfo.az -ın məlumatına görə, Bakı Ali Neft Məktəbindən tələbənin 88 bal topladığı bildirilib.

Qəhrəman Kazımlı 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olunub. O, Prezident təqaüdü alıb.
 

Erasmus mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın Gənc İstedadlar Proqramına seçilib və hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.


Geri dön