Ana Sayfa > Karusel / Qarabağ > Azad olunmuş ərazilər radiasiya problemi: radiaktiv maddələr belə təmizlənir...
Azad olunmuş ərazilər radiasiya problemi: radiaktiv maddələr belə təmizlənir...14-02-2024, 11:06. Yazar: Admin |
İşğaldan azad edilən ərazilərin radiasiyadan təmizlənməsində azərbaycanlı alimlərin və mühəndislərin hazırladığı xüsusi detektorların quraşdırıldığı avtomobildən istifadə olunur. Avtomobilin baqaj hissəsində yerləşdirilmiş dedektorlar vasitəsilə 300 metr radiusda yerləşən radiasiya aktivliyi müəyyən edilir. Qarabaginfo.az xəbər verir ki, avtomobildə 4 ədəd dedektor quraşdırılıb. Onlardan ikisi qama, digər ikisi neytron şüasını qeyd edir. Avtomobil hazır olduqdan bu günə qədər ölkə ərazisində 6 ədəd sahibsiz radioaktiv mənbə aşkar edilib. Böyük Qayıdış strategiyasına əsasən, işğalçıların 30 il ərzində törətdiyi ekoloji cinayətləri, eləcə də mina təhlükəsini aradan qaldırmaq üçün radioaktivlik səviyyəsinin araşdırılması da vacib amildir. Bu labarotoriyalara əsasən işğaldan azad edilən ərazidən nümunələr gətirilir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departmentinin müdiri Cəlal Nağıyev prosesi belə izah edib:
"Bu materialların istifadə müddət, yaşı, hansı məqsədlə istifadə olunması, çirklənməyə məruz qalıb-qalmaması, radiasiya təhlükəsi nöqteyi-nəzərdən qiymətləndirilməsi həyata keçirilir. Proses başa çatdıqdan sonra həmin materiallar istifadəyə yararlı deyilsə, aidiyyəti dövlət qurumuna utilizasiya üçün göndərilir”.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ekspertizasiyalar nəticəsində təkcə torpaqdan deyil, su hövzələrindən götrürülən nümunələrlə də onların radioaktivliyi yoxlanılaraq insan üçün nə qədər təhlükəli olduğu araşdırılır.
Nüvə Spektroskopiya Şöbəsinin mühəndisi Pərvanə Pənahova araşdırmaların nəticələrinin necə əldə olunduğundan danışıb:
“Müxtəlif metodlarla nümunə hazırlığı keçəndən sonra onu xüsusi nümunə qablarına yerləşdiririk. Onları yüksək təmizlikli qamma spektrometr cihazı ilə ölçürük və nəticələri “cenni 2000” proqramı özü avtomatik hazırlayır. Amma burada operatorun üzərinə çox böyük yük düşür. Bir neçə düzəlişdən sonra biz nəticələri verə bilirik”.
Müəssisədə həmçinin Qamma şüalanma qurğusu vasitəsilə tibbi ləvazimatların sterilizasiyası, heyvan yemlərinin dezinfeksiyası, qida məhsullarının mikrob yükünün azaldılması və nəticədə onların saxlanma müddətinin uzadılması prosesi baş verir.
Strelizasiya məqsədilə qamma şüalanma üzrə elmi tədqiqat şöbəsinin mühəndisi Elvin Muradov AZTV-yə açıqlamasında prosesi belə izah edib:
"Hər bir məhsula uyğun minimum, maksimum doza müəyyən olunduğu üçün o şüalanmaya buraxılır. Mühəndis tərəfindən əvvəldən müəyyən olunmuş doza xəritəsinə əsasən məhsulun nə qədər şüalanacağı müəyyən edilir. Məhsulun üzərinə xüsus dazmetrlər yapışdırılır. Məhsullar şüalandıqdan sonra həmin dazmetrlər çıxarılaraq ölçülür. Və məhsulu həmin deyilən dozada şüalanıb-şüalanmadığı müəyyən olunur". Geri dön |