Ana Sayfa > Karusel / Dünya > NATO ölkələri müdafiə xərclərini ARTIRIR
NATO ölkələri müdafiə xərclərini ARTIRIR14-02-2024, 08:01. Yazar: Admin |
Şimali Atlantika alyansının 18 üzvü müdafiə xərclərini cari ildə ÜDM-in 2 faizi hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” NATO-dakı mənbələrə istinadla məlumat yayıb. “NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2 faizlik hədəfə çatacağını gözləyir”, - mənbə bildirib.
Avropalı diplomatların fikrincə, NATO ölkələrinin müdafiə xərclərinin artırılması Donald Trampın Ağ Evə qayıtmasının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş strategiyanın elementlərindən biridir.
Qeyd edək ki, 2016-cı ildə alyansın yalnız beş üzvü ÜDM-in 2 faizdən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda bu ölkələr 7 idisə, ötən ildə bu rəqəm 11-ə çatıb Geri dön |