Ana Sayfa > Karusel / Kriminal > Əri və oğlu ilə birgə öldürülən qadın məktəb direktoru imiş - Foto

Əri və oğlu ilə birgə öldürülən qadın məktəb direktoru imiş - Foto


13-02-2024, 17:43. Yazar: Admin

eri-ve-oglu-ile-birge-oldurulen-qadin-mekteb-direktoru-imis

Bu gün Bakıda ailəsi ilə birgə qətlə yetirilən şəxs məktəb direktoru imiş.

Qarabaginfo.az xəbər verir ki, Bikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışırmış. Həmin məktəb Xətai rayonu ərazisində yerləşir. 

Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

***

İlkin məlumata əsasən, Ə. Əhmədov soyuq silah kimi baltadan istifadə edib. 


Geri dön