Monqolustanın sabiq prezidenti Tsaxiaqiyn Elbeqdorj rusiyalı həmkarı Vladimir Putinin müsahibəsindən sonra XIII əsrin tarixi xəritələrini dərc edib.
Qarabaginfo.az xəbər verir ki, eks-prezident rəsmi X səhifəsində paylaşım edib.
“Putinin müsahibəsindən sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olma. Biz sülhsevər və azad xalqıq”, - Tsaxiaqiyn Elbeqdorj yazıb.
Qeyd edək ki, Putin müsahibəsi zamanı tarixlə bağlı bir sıra birmənalı olmayan fikirlər səsləndirmişdi.