Ana Sayfa > Karusel / Qarabağ > Azad olunmuş ərazilərdə daha 195 mina, 836 PHS aşkarlanıb

Azad olunmuş ərazilərdə daha 195 mina, 836 PHS aşkarlanıb


12-02-2024, 16:26. Yazar: Admin

 Ermənistan azad edilmiş ərazilərdə mina sahələrinə dair formulyarları Azərbaycana verib - "İki sahil"

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.02.2024 - 11.02.2024) açıqlanıb.

ANAMA-dan Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Kəlbəcər, Xankəndi, Xocalı, Cəbrayıl və Zəngilanda 162 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 836 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 908,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 


Geri dön