Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml “Starlink” qalmaqalına aydınlıq gətirdi
Ana Sayfa > Karusel / Dünya > Kreml “Starlink” qalmaqalına aydınlıq gətirdi

Kreml “Starlink” qalmaqalına aydınlıq gətirdi


12-02-2024, 14:34. Yazar: Admin

“İlon Maskın “SpaceX” şirkətinin “Starlink” peyk rabitə terminalları rəsmi olaraq Rusiyaya verilmir və buna görə də ölkədə istifadə edilə bilməz”.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, bu peyk sisteminin ölkədə sertifikatlaşdırılmadığını da bildirib.

“Bu, bizim üçün sertifikatlaşdırılmış sistem deyil, ona görə də burada rəsmi olaraq heç bir şəkildə istifadə edilə bilməz”, – Kreml rəsmisi bildirib.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının Ukraynadakı döyüş bölgəsində “Starlink”dən istifadə etdiyini bəyan edib.


Geri dön