Ana Sayfa > Karusel / Siyasət > Prezident seçkisinin nəticəsini onlar TƏSDİQLƏYƏCƏK

Prezident seçkisinin nəticəsini onlar TƏSDİQLƏYƏCƏK


12-02-2024, 12:25. Yazar: Admin

 

Prezident seçkisinin nəticəsini onlar TƏSDİQLƏYƏCƏK

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu fevralın 13-də saat 11:00-da 7 fevral tarixli növbədənkənar Prezident seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək.

MSK-nın seçkilərin nəticələrinə dair yekun protokoluna görə, İlham Heydər oğlu Əliyev seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Növbədənkənar Prezident seçkisində seçici fəallığı 76,43 faiz olub.

Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içməlidir.

Beləliklə, bu o deməkdir ki, Prezident seçilmiş şəxsin inaqurasiya mərasimi – andiçməsi ən geci fevralın 24-dək təşkil olunacaq.

Qarabaqinfo.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin sabahkı iclasında növbədənkənar Prezident seçkisinin nəticələrini 8 hakim yoxlayacaq. Onlar aşağıdakı hüquqşünaslardı:

Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri);
Sona Salmanova (sədr müavini);
Humay Əfəndiyeva (hakim);
Rövşən İsmayılov (hakim);
Ceyhun Qaracayev (hakim);
Rafael Qvaladze (hakim);
İsa Nəcəfov (hakim);
Kamran Şəfiyev (hakim).


Geri dön