Ana Sayfa > Karusel / Hadisə / Kriminal > Xocavənddə güclü partlayış - Yaralı var 

Xocavənddə güclü partlayış - Yaralı var 


10-02-2024, 11:40. Yazar: Admin

Xocavənddə güclü partlayış - Yaralı var 

 

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

 

Bu barədə Qarabaginfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

 

Vətəndaş xəstəxanaya təxliyə edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön