Ana Sayfa > Karusel / Mədəniyyət > “Dostluq” kinoteatrı sökülür? - Rəsmi AÇIQLAMA
“Dostluq” kinoteatrı sökülür? - Rəsmi AÇIQLAMA9-02-2024, 16:35. Yazar: Admin |
Bakıda Stalin dövrünün memarlıq abidəsi hesab olunan “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayılıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, sökülən kinoteatrın yerində çoxmərtəbəli binanın inşa olunacağı bildirilir: “Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər. Doğrudanmı Dövlət Şəhərsalma və Memarlıq Komitəsi Stalin dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdimi?”
Memar həmçinin qeyd edib ki, bundan əvvəl, 2021-ci ildə də analoji problem gündəmə gəlib və komitə “Dostluq” kinoteatrının yerində yaşayış binasının inşasının müzakirə mövzusu olmadığını açıqlayıb. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı 2017-ci ildə özəlləşdirilib. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib. Geri dön |