Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Türkiyə bankları Rusiyadan ödənişləri qəbul etməyə başlayıb

Türkiyə bankları Rusiyadan ödənişləri qəbul etməyə başlayıb


9-02-2024, 11:10. Yazar: Admin

Türkiyə bankları Rusiyadan ödənişləri qəbul etməyə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, ödənişlər yalnız kənd təsərrüfatı məhsulları, tibb, tekstil, turizm və təhsili əhatə edə bilər.

Rusiya Ticarət və Sənaye Palatasının rəsmisi Aleksey Eqarminin sözlərinə görə, türk banklarının heç də hamısı ödənişlərin qəbulunu bərpa etməyə razı olmayıb. Məsələn, “Golden Global”la bağlı çətinliklər var.

Türkiyə bankları bu ilin əvvəlində Rusiyadan ödənişləri demək olar ki, tamamilə dayandırıb. Vəziyyət ABŞ-ın Rusiya hərbi-sənaye kompleksi üçün təchizatla məşğul olan xarici kredit təşkilatlarına qarşı sanksiya hədəsindən sonra gərginləşib.


Geri dön