Ana Sayfa > Karusel / Təhsil > “Qarabağ” Universitetində 70 nəfər işləyəcək”- Nazir müavini

“Qarabağ” Universitetində 70 nəfər işləyəcək”- Nazir müavini


8-02-2024, 17:21. Yazar: Admin

“Qarabağ” Universitetinin həm idarəetmə, həm akademik, həm texniki heyətinin formalaşdırılması istiqamətində işlər həyata keçirilir.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə Universitetdə 70 nəfərin işləyəcəyi nəzərdə tutulub:

“Bunun böyük bir hissəsi təbii ki, akademik heyət olacaq. Əsas məqsədimiz Universitetdə müasir akademik biliklərə malik olan şəxslərin çalışmalarını təmin etməkdir. Hazırda müxtəlif variantlar müzakirə olunur. Eyni zamanda, nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alan azərbaycanlıların da pedaqoji heyət kimi bu təhsil müəssisəsinə cəlb olunması nəzərdə tutulub. Bu istiqamətdə də müzakirələr aparılır.

Universitetin maddi-texniki bazasının formalaşdırılması istiqamətində aidiyyəti qurumlarla birgə işləyirik. Universitetin bir neçə tədris korpusu olacaq. Eyni zamanda, yataqxana binalarının sayı da bir neçə olacaq. Bununla əlaqədar, Universitetin özünün idman meydançası, kitabxana, ümumiyyətlə, ali təhsil üçün tələb olunan bütün infrastruktur yaradılacaq. Bu istiqamətdə müvafiq tapşırıqlar verilib və işlər həyata keçirilir”(apa).


Geri dön