Ana Sayfa > Karusel / Qarabağ > Xalqımız növbəti dəfə etimad göstərməli idi -
Xalqımız növbəti dəfə etimad göstərməli idi -8-02-2024, 12:36. Yazar: Admin |
Bu gün keçirilən növbədənkənar prezident seçkiləri müstəqilliyimizi əldə etdikdən sonra ilk dəfə idi ki, ölkəmizin bütün ərazilərində keçirilirdi. Xüsusilə Xankəndində səsvermənin keçirilməsi çox ciddi hadisə idi. Bundan möhtəşəm ictimai-siyasi hadisə ola bilməzdi. Bunu Qarabaginfo.az-a açıqlamasında yazıçı Tağı Türk deyib. Onun sözlərinə görə, son dərəcə yüksək seçici fəallığı və şəfaf səsvermənin təmin edilməsilə keçirilən seçkilərdə Prezident İlham Əliyev xalqın tam etimadını qazanaraq yenidən prezident seçildi: “Bu, təbii ki, gözlənilən idi. Suverenliyimizin, ərazi bütövlüyümzün bərpa edilməsində müstəsna rolu olan, torpaqlarımızı işğaldan azad edən Prezident, Müzəffər Ali Baş Komandana xalqımız növbəti dəfə etimad göstərməli idi”. Tağı Türk bildirib ki, bundan sonra Azərbaycan yeni mərhələyə qədəm qoyacaq. Bütün sahələrdə daha da böyük uğurların əldə olunacağını, ölkəmizin iqtisadi, siyasi inkişafında ölkəmizi uğurlar gözləyir. Geri dön |