Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb


7-02-2024, 18:32. Yazar: Admin

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 77,97 % olub.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.

Qeyd edək ki, saat 17.00-a qədər respublika üzrə 4590075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.


Geri dön