Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafarov və Simonyan bu tarixdə görüşə bilər
Sahibə Qafarov və Simonyan bu tarixdə görüşə bilər7-02-2024, 09:38. Yazar: Admin |
Azərbaycan və Ermənistan parlamentinin spikerləri Sahibə Qafarova və Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan parlamenti sədrinin ofisinə istinadən məlumat yayıb.
Bildirilib ki, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.
Bir müddət əvvəl Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi. Geri dön |