Ana Sayfa > Karusel / Qarabağ > Laçında seçici fəallığı - Fotolar

Laçında seçici fəallığı - Fotolar


7-02-2024, 09:34. Yazar: Admin

lacinda-secici-fealligi

İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhərində ümumilikdə 5 seçki məntəqəsi fəaliyyət göstərir.

Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. 105 saylı seçki məntəqəsi üzrə 1493 seçici var. Həmçinin məntəqə üzrə 2 nəfər ilk dəfə səs verəcək. Seçki prosesini 12 müşahidəçi izləyir.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.








 


Geri dön