Ana Sayfa > Karusel / Siyasət > Sabiq azərbaycanlı səfir vəfat etdi

Sabiq azərbaycanlı səfir vəfat etdi


7-02-2024, 07:29. Yazar: Admin

sabiq-azerbaycanli-sefir-vefat-etdi

Diplomat Elşən Abduləzimov vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - məlumatda bildirilib.

Qeyd edək ki, Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.


Geri dön