Ana Sayfa > Karusel / Gündəm > Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkar edilib

Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkar edilib


26-09-2020, 12:10. Yazar: Admin

Karantin qaydalarını pozan məktəb direktoru və qəzet redaktoru cərimələndi (FOTO) » www.REPORTOR.tv

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.   

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən “Olympus” PUB restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.


Geri dön