Ana Sayfa > Karusel / Siyasət > Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib

Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib


6-02-2024, 11:01. Yazar: Admin

Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları yeni redaksiyada təsdiqlənib

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.


Geri dön