Ana Sayfa > Karusel / Qarabağ > Jurnalistlər Qarabağa köçmək İSTƏYİRLƏR
Jurnalistlər Qarabağa köçmək İSTƏYİRLƏR6-02-2024, 10:14. Yazar: Admin |
İşğaldan azad edilən torpaqlarımızda – Qarabağda sürətli yenidənqurma və abadlıq işləri görülür. Artıq minlərlə keçmiş məcburi köçkün dədə-baba torpaqlarına – Zəngilana, Laçına, Füzuliyə qovuşmağın sevincini yaşayır. Prezident İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində bildirib ki, 2024-cü il işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində əlamətdar hadisələrlə zəngin olacaq. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmağa hazırdır. Əslən Cəbrayıl rayonundan olduğum üçün əhali arasında yüksək əhval-ruhiyyənin hökm sürdüyündən xəbərdaram. Doğma yurda qayıtmağa hazır olan insanların arasında xeyli tanınmış ziyalı, elm, mədəniyyət, incəsənət xadimləri var. İnsanlar ata-baba yurdunda yaşamaq üçün Bakıdakı rahat evlərindən, gəlirli işlərindən, hətta karyeralarından imtina etməyə hazırdırlar. İnşallah, zamanı gələndə məni də həmin sırada görəcəksiniz. Qarabağın dirçəldilməsi işində qarabağlılarıın ağlından, zəkasından, zehni və fiziki əməyindən mütləq şəkildə istifadə olunmalıdır. Sevindirici haldır ki, artıq bu proses başlayıb və getdikcə daha geniş vüsət almaqdadır”. Vətən savaşı başa çatdıqdan sonra dövlət qurumlarından bir neçə dəfə zəng edib, mənə “Xocalıya qayıdacaqsınız” sualını ünvanlayanda, az qalırdım onları acılayam ki, bu nə sualdır, mənə verirsiniz? Bir anlıq özümə gəlirəm ki, insanlar öz işlərini görürlər. Onlara cavabım, “mən Ağdamın dördyolunda oturub Xocalıya köçəcəyim günü gözləyirəm”, olurdu. Sonra gülüşüb sağollaşırdıq... İllər əvvəl feysbuk hesabımda yazmışdım ki, Xocalıda məhləmizin mərkəzində üç daş var idi, gündüzlər uşaqlar, axşamlar xanımlar, gecəyə doğru isə gənclər bu daşların üstündə oturub başlarına gələn hadisələri, növbəti günün planlarını müzakirə edirdilər. Qısası, bu dilsiz-ağızsız daşlar məhəllə sakinlərinin dərd yeri, eyni zamanda məhəllənin birliyinin rəmzi idi. Bəlkə də, bu səbəbdən ən böyük arzumun kəndə gedib, o daşlara bir dəfə toxunmaqdan ibarət idi. Artıq Azərbaycan öz suverenliyini bərpa edib. Bizim nəinki daşlara toxunmaq, bütün Qarabağı gəzmək imkanımz var. Bu şəraiti bizə yaradan dövlətimizə, ordumuza və Ali Baş Komandana sonsuz təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə və veteranlarımıza can sağlığı nəsib eləsin! Allah doğmalarına səbr versin. Odur ki, mən Xocalıya atamın, anamın, əmim oğlu Tahirin (hələ də itkin sayılır) ruhları ilə qayıdacam. Biz Qarabağa - Xocalıya qayıtmaqla illərdi qaysaq bağlamayan yaralarımızın sağalmasına xidmət etmiş olacağıq. İllər əvvəl çeçen uşağa sual vermişdilər ki, “müharibədən qorxursan?”. Uşaq cavab vermişdi ki, “mən azərbaycanlı deyiləm ki, müharibədən qorxum”. Bu söz mənə o qədər toxunmuşdu ki, hələ də yadıma düşəndə çox pis oluram. Ancaq Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızı elə şərtlər altında, elə formada işğaldan azad etdi ki, nəinki çeçen, bütün dünya azərbaycanlı olmaq sevdasına düşdü. Əminəm ki, o çeçen uşaq sağdırsa, o zaman dediyi sözə görə çox peşimandır və azərbaycanlı olmadığına görə utanır. Odur ki, biz hamımız Qarabağa qayıdıb, Qarabağı birlikdə tikib-quracağıq. Qarabağ Azərbaycandır! Geri dön |