Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə qalan ermənilər bu şəxslərin villalarında yaşayırlar

Xankəndidə qalan ermənilər bu şəxslərin villalarında yaşayırlar


6-02-2024, 09:50. Yazar: Admin

 

Xankəndidə qalan ermənilərin harada və necə yaşadıqları barədə məlumat yayılıb.

Qarabaginfo.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatı Xankəndidə ona yaxın erməninin qaldığını iddia edib.

Bildirilib ki, Davit Qalstyanın əmisi Sarkis Qalstyan və həyat yoldaşı da Xankəndidə qalanlar arasındadır.

Onlar, bu ailə yaxın münasibətdə olan separatçıların sabiq lideri Bako Saakyanın evində yaşayır. Digər ermənilər isə Rusiya sülhməramlıları tərəfindən iş adamı Tsexavik Edonun nəhəng villasına yerləşdirilib. Sonuncu Samvel Babayanın yaxın dostlarından biridir, onun Xankəndidə yanacaqdoldurma məntəqələri var idi. Bir yerdə cəmlənməyin məqsədi odur ki, onların yemək və digər məsələləri ilə məşğul olmaq daha asandır.

 


Geri dön