Ana Sayfa > Karusel / Siyasət / Dünya > “Britaniya Rusiyanın hucumunu dəf etməyə hazırdır” –Baş nazir Sunak

“Britaniya Rusiyanın hucumunu dəf etməyə hazırdır” –Baş nazir Sunak


6-02-2024, 09:39. Yazar: Admin

Rusiya ordusu hucum edərsə Britaniya Rusiyanın hücumunu dəf edə biləcək.

Qarabaginfo.az “The Telegraph”a istinadən bildirir ki, bu sözləri  Baş nazir Rişi Sunak Talk TV-yə müsahibəsində deyib.

Müsahibə zamanı jurnalist Piers Morqan Sunakdan Britaniya Silahlı Qüvvələrinin hazırkı vəziyyətinin necə olduğunu və Londonun yüksək keyfiyyətli müdafiə qabiliyyətinə malik olub-olmadığını soruşub.

“Bəli, mənim birinci vəzifəm hamının təhlükəsizliyini təmin etməkdir” deyə siyasətçi cavab verib.

O, hökumətin son vaxtlar müdafiə sektoruna investisiyaları artırdığını da vurğulayıb.


Geri dön