Ana Sayfa > Karusel / Mədəniyyət > Türkan Şoray 46 ildən sonra Moskvaya gəldi, çəkildiyi filmə baxdı –Azərbaycanlı rejissor 1978-ci ildə onu hansı rola çəkib? /VİDEO

Türkan Şoray 46 ildən sonra Moskvaya gəldi, çəkildiyi filmə baxdı –Azərbaycanlı rejissor 1978-ci ildə onu hansı rola çəkib? /VİDEO


5-02-2024, 19:45. Yazar: Admin

Türkiyənin məşhur kino ulduzu Türkan Şoray Rusiyaya səfər edib.

Qarabaginfo.az bildirir ki, T.Şoray türk şairi Nazim Hikmətin anadan olmasının 122-ci ildönümü ilə bağlı Moskvada keçirilən tədbirdə iştirak edib.

Tədbir Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun ev sahibliyi ilə Moskva Yunus Əmrə İnstitutu, Rusiya Kinorejissorlar Dərnəyi, Moskva Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Moskvanın “Kino Evi”ndə təşkil olunan toplanıya 1100 nəfər qatılıb.

Tədbirdə SSRİ-nin məşhur kino rejissoru, azərbaycanlı Əjdər İbrahimovun 1978-ci ildə Nazim Hikmətin əsəri əsasında çəkdiyi “Məhəbbətim mənim, kədərim mənim” filmi nümayiş edilib. Filmdə baş rolları Türkan Şoray oynayıb.  Türkan Şoray 46 ildən sonra Moskvaya səfər edərək filmin qala -gecəsində iştirak edib.

Tamaşaçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanan T. Şoray səhnəyə çıxan kimi bütün salon onu ayaq üstə alqışlayıb. Rus dilində “добрый вечер, дорогие друзья” (Axşamınız xeyir, əziz dostlarım) deyərək çıxış edən Şoray çıxışında “şeir deyiləndə ilk ağlımıza gələn ad Nazım Hikmətdir. Nazim üçün yenindən Moskvada olmaq xoşbəxtlikdir” deyib: ”Onun şeirləri, sevgiləri, vətən sevgisi möhtəşəmdir. Hər dəfə böyük ustadın misralarına rast gələndə vətənimi nə qədər çox sevdiyimi anlayır, bu mənsubiyyəti ilə bir daha xoşbəxt oluram”.

Tədbirin açılış nitqi ilə Türkiyə Respublikasının Moskvadakı səfiri Tanju Bilgiç çıxış edib.

Tədbirdə bir çox diplomatik qurumlar və onların nümayəndələri iştirak edib. Türkiyə səfirliyinin qonağı qismində Azərbaycan, Macarıstan, Tunis, Yəmən və Kolumbiya kimi ölkələrin səfirləri də tədbirə qatılıb.

Mərasimdə filmin rejissoru, Nazım Hikmətin dostlarından biri olan Əjdər İbrahimov xatırlanıb. 1993-cü ildə dünyasını dəyişən məşhur rejissorun həyat yoldaşı, ssenarist Marqarita Maleyeva həyat yoldaşı barədə danışarkən salon onu alqışlayıb.

SSRİ və Türkiyənin birgə istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” filmi 1978-ci ildə lentə alınıb.

Ssenari müəllifi və quruluşçu rejissor Əjdər İbrahimovdur. Baş rolda Türkan Şoray, Alla Siqalova, Yılmaz Duru, Faruk Peker,Adil İsgəndərov, Antoli Papanov, Arçil Qomiaşvili, Seyhan Duru, İrina Miroşniçenko çəkilib.(Azpost.info)

 


Geri dön