Avropa İttifaqı 13-cü sanksiyalar paketində Rusiyaya qarşı sanksiyalardan yayınan müxtəlif ölkələrin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Varşavada keçirilən mətbuat konfransında Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
“Sanksiyalar bir çox insan və qurumlara, eləcə də sanksiyalarımızdan yan keçməkdə iştirak edən müxtəlif ölkələrin şirkətlərinə təsir edəcək”, – o bildirib.