Ana Sayfa > Karusel / Dünya > Tokayev hökumətin istefasını qəbul edib- Müvəqqəti Baş nazir təyin edib

Tokayev hökumətin istefasını qəbul edib- Müvəqqəti Baş nazir təyin edib


5-02-2024, 17:50. Yazar: Admin

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev hökumətin istefasını qəbul edib və müvəqqəti Baş nazir təyin edib.

Qarabaginfo.az xəbər verir ki, Tokayevin imzaladığı “Qazaxıstan Respublikası Hökuməti haqqında” qanuna əsasən, Roman Sklyar Nazirlər Kabinetinin sədri vəzifəsini müvəqqəti icra edəcək.

Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumət üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.

“Qazaxıstan Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq, Qazaxıstan Respublikası hökumətinin istefasını qəbul etmək qərarına gəlirəm”, – sənədin mətnində deyilir.


Geri dön