Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyev: Türkiyə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq
Prezident İlham Əliyev: Türkiyə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq5-02-2024, 17:02. Yazar: Admin |
“Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ötən ilin fevralında baş vermiş zəlzələnin ildönümü ilə bağlı göndərdiyi məktubda deyilir. “Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır”, - məktubda qeyd olunub. Geri dön |