Ana Sayfa > Karusel / Dünya > Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı - Seçkiyə buraxılmayacaq?

Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı - Seçkiyə buraxılmayacaq?


5-02-2024, 14:02. Yazar: Admin

Prezidentliyə namizədin imzalarında qüsurlar aşkarlandı - Seçkiyə buraxılmayacaq?

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd olan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin imzalarında 15,348% qüsur aşkar edib.

 

Qarabaqinfo.az "Novaya Gazeta Europe"a istinadən xəbər verir ki, namizədin seçki qərargahı bununla razılaşmır.

 

“Biz işçi qrupun qərarı ilə razı deyilik. Bütün dünya gördü ki, biz vicdanla imza topladıq”, - qərargahın nümayəndəsi bildirib.

 

Qanuna görə, imzalarında 5%-dən az qüsur aşkar edilən namizəd qeydiyyatdan keçir.

 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda baş tutacaq. Səsvermə 15-17 mart tarixlərində davam edəcək.


Geri dön