Ana Sayfa > Karusel / Siyasət > Polad Bülbüloğlunun 1990-cı ildə Qorbaçovla görüşdə qəzəbli çıxışı –"Qarabağda qan su yerinə axır...Niyə qarşısı alınmır?" /VİDEO

Polad Bülbüloğlunun 1990-cı ildə Qorbaçovla görüşdə qəzəbli çıxışı –"Qarabağda qan su yerinə axır...Niyə qarşısı alınmır?" /VİDEO


5-02-2024, 12:31. Yazar: Admin

Qarabağ münaqişəsinin SSRİ-nin tarixində oynadığı fəlakətli rol bu gün araşdırmaılar tərəfindən etiraf olunur. Separatçı hərəkatın başladığı ilk illərdə Qarabağ probleminin təcili həllini tələb edən Azərbaycanın tanınmış nümayəndələri bəyan edirdilər ki, bu problemin qarşısı alınmasa qanlı münaqişəyə çevriləcək. 

Qarabaginfo.az Azərbaycanın sabiq mədəniyyət naziri Polad Bülbüloğlu 1990-cı ildə Moskvada keçirilən tədbirdə Qarabağla bağlı sərt çıxış edib.

SSRİ prezidenti Mixail Qorbaçovun da iştirak etdiyi bu toplantı 28 noyabr 1990-cı ildə keçirilib. Bu, Mixail Qorbaçovun SSRİ-nin mədəniyyət xadimləri ilə Kreml zalında görüşüdür. Tədbirdə çıxış edən P.Bülbüloğlu mərkəzi hökuməti Qarabağdakı seapartçı hərəkata son qoya bilməməkdə ittiham edir.

P.Bülbüloğlu “Azərbaycanda real müharibə gedir, insanlar həlak olur” deyərək bu münaqişənin fəsadlarından danışır.

“Orada sovet ordusu durur, nə üçün onlar öz vəzifə borclarını yerinə yetirmir? Ölkəmizdə qan su yerinə axır, heç kim də heç nə etmir. Nə üçün? Bu günlərdə Laçında idim. 7 uşaq olan evdə atanı və böyük oğulu öldürüblər. Bunu dayandırmaq lazımdır“-deyə P.Bülbüloğlu əsəbi çəkildə Qorbaçova müraciət edir.

Azpost.info görüntüləri təqdim edir:


Geri dön