Ana Sayfa > Karusel / Qarabağ / Hadisə > Tərtərdə daha 1 nəfər minaya düşdü

Tərtərdə daha 1 nəfər minaya düşdü


5-02-2024, 12:22. Yazar: Admin

terterde-daha-1-nefer-minaya-dusdu

Tərtər rayonunda 58 yaşlı kişi minaya düşüb.

Qarabaginfo.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində baş verib. Əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön