Ana Sayfa > Karusel / Gündəm > Fazil Mustafa namizədliyi müddətində təhdid olunub? - AÇIQLAMA

Fazil Mustafa namizədliyi müddətində təhdid olunub? - AÇIQLAMA


5-02-2024, 12:20. Yazar: Admin

Fazil Mustafa namizədliyi müddətində təhdid olunub? - AÇIQLAMA

 

Ötən ilin mart ayında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunmuşdu. Belə ki, martın 28-də axşam saat 9 radələrində Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomatından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

 

Hücumda iştirak edən şəxslər məsuliyyətə cəlb olunub, onlar əməllərini etiraf edib və hazırda məhkəmə işi davam edir. Hücumun izlərinin İrana gedib çıxdığı barədə xəbərlər yayılıb.

 

Hazırda Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa prezidentliyə namizəd olan 7 nəfərdən biridir. O, tez-tez seçicilərlə görüşür, ölkənin müxtəlif bölgələrinə səfər edir.

 

Maraqlıdır ki, bu dövr ərzində o, təhdid mesajları alıbmı? Onun mühafizəsi necə təmin olunur?

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan prezidentliyə namizəd, millət vəkili Fazil Mustafa bildirib ki, namizədliyi dövründə təhdid mesajı almayıb:

 

“Mənə qarşı təhlükə hər zaman var. Çünki Azərbaycanda başqa ölkəyə casusluq edən xeyli şəbəkə var. Təbii ki, indi dövlət səviyyəsində mühafizə ilə bağlı bütün tədbirlər görülübdür. Ona görə də bir narahatlıq yoxdur. Namizədliyim müddətində də təhdid mesajı almamışam Ancaq bu, yalnız mənə qarşı olan sui-qəsd cəhdi deyil, bütövlükdə Azərbycan dövlətinə qarşı atılan addımdır".

 

Fazil Mustafa söyləyib ki, casus şəbəkəsinə qarşı mübarizədə Azərbaycan cəmiyyəti fəal olmalıdır:

 

"Sözügedən adamların hər biri ayrı-ayrılıqda bizim hərbi və strateji obyektlərimizin videolarını, şəkillərini qonşu ölkəyə ötürən,oradan da Ermənistana göndərən şəxslərdir. O baxımdan bu bir fərdə qarşı olan münasibət deyil, bütövlükdə Azərbaycana qarşı formalaşdırılmış, əsasən də Qumda yetişdirilmiş casus şəbəkəsidir. Bunlara qarşı mübarizə bütövlükdə Azərbaycan cəmiyyətinin mübarizəsi olmalıdır".


Geri dön