Ana Sayfa > Karusel / Siyasət > MSK-da Serqey Lebedevlə görüş keçirildi

MSK-da Serqey Lebedevlə görüş keçirildi


5-02-2024, 11:47. Yazar: Admin

msk-da-serqey-lebedevle-gorus-kecirildi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qarabaginfo.az Secki-2024.az saytına istinadən xəbər verir ki, MSK sədri qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. 

O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB baş katibi prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.

M.Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.


Geri dön